Türkiyənin Suriya qarşısında siyasətlərinə yenidən baxmasının zamanı gəlib çatıb
İran İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri deyib: Türkiyənin Suriya qarşısındakı siyasətlərinə yenidən baxması və regionun təhlükəsizliyi və stabilliyinə kömək etməsi üçün münasib fürsət yaranmışdır.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri Əlaəddin Brucerdi cümə axşamı günü Dəməşqdə keçirdiyi mətbuat konfransında deyib: Terrorizmi dəstəkləyən ölkələr öz xalqları və terrorçulardan zərərçəkən ölkələrin xalqları tərəfindən mühakimə olunmalıdır.
Brucerdi bildirib: İranın Suriya və İraqın kənarında terrorizmlə mübarizədə və bu iki ölkəyə köməkdə dəyişilməz siyasəti vardır.
İslam Şurası Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət komissiyasının sədri müqaviməti zəiflətməyə çalışan amerikalı-sionist planla mübarizədə Suriyanın dəstəklənməsini vurğulayıb.