Avq 05, 2016 10:29 Asia/Baku
  • Səudiyyəli hərbçilər Ərəbistanın cənubunda minlərlə nəfəri mənzilini tərk etməyə məcbur edib
    Səudiyyəli hərbçilər Ərəbistanın cənubunda minlərlə nəfəri mənzilini tərk etməyə məcbur edib

Səudiyyə Ərəbistanı ordusunun hərbçiləri bu ölkənin cənub vilayətlərində, xüsusilə Nəcran vilayətinin Samitə şəhərində minlərlə nəfəri öz mənzilini tərk etməyə məcbur edib.

Əl-Məyadin telekanalının məlumatına görə, Yəmən ordusu və xalq qüvvələrinin Ərəbistanın cənubunda Samitə şəhərinə yaxınlaşması ilə, səudiyyəli hərbçilər bu şəhərin minlərlə sakinini öz mənzillərini tərk etməyə məcbur edib. 

Sosial ictimai şəbəkələrdə yayımlanan kadrlara əsasən, Səudiyyə Ərəbistanı ordusu hərbçiləri sərhəd bölgələrin sakinlərini təhlükəsizlik bölgələrinə getməyə təşviq edirlər. 

Xatırladaq ki, ərəbistanlı internet fəalı Müctehid Yəmən sərhədləri yaxınlığında Cizan vilayətində Ali-Zeydan və Ali-Yəhya tayfalarından on minlərlə nəfərin məcburi şəkildə köçürülməsindən xəbər verib. 

Teqlər