Fətulla Gülənin həbsinə rəsmi qərar verildi
Türkiyənin Anadolu İnformasiya Agentliyi bildirib: Türkiyə məhkəməsi Fətulla Gülənin həbsinə rəsmi qərar verib.
Məlumata görə, İstanbul məhkəməsi cümə axşamı günü verdiyi qərarda Güləni 15 iyul çevrilişinə göstəriş verməkdə ittiham edib.
Türkiyə hökuməti 75 yaşlı Güləni 15 iyul uğursuz çevrilişinin düşünən beyni hesab edib və Amerikadan dəfələrlə onun cinayətkar olaraq ekstradisiya edilməsini istəyib.
Könüllü sürgün olaraq Amerikanın Penisilvaniya ştatında yaşayan Gülən çevrilişdə istənilən müdaxiləni rədd edib və müxaliflərin repressiyası üçün onu hökumətin səhnələşdirdiyini bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı günü deyib: Hökumət əlləri qana bulaşmış bu təşkilatın bütün ticarət əlaqələrini tam şəkildə kəsməkdə qətiyyətlidir.