Ərdoğan: Dövlət çevrilişinin başlıca amili Gülən deyil
Daha öncə 15 iyul dövlət əleyhinə uğursuz çevriliş cəhdinə görə Fətlla güləni bir nömrəli müqəssir elan edənTürkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu dəfə fərqli mövqedən çıxış edərək, bu dəfə Güləni "müəyyən bir tərəfin əldində olan fiqur" adlandırıb.
Ərdoğan deyib: "Biz Fətulla Güləni olduğundan daha artıq qələmə verməməliyik. O, Türkiyədə baş verən hadisələri planlaşdıran tərəf ola bilməz."
Türkiyənin dövlət telekanalı TRT ilə müsahibədə bu məqama işarə edən Ərdoğan əlavə edib: "Güləndən sui-istifadə edən tərəf Türkiyəyə zərbə vurmağa çalışır. "
Ərdoğan Gülənin Amerikadan qaçması ehtimalı barədə də deyib: "Artıq Gülənin taleyi ilə bağlı ABŞ hökuməti məsuliyyət daşıyır. Əgər həqiqətən qaçmış olarsa, o zaman ABŞ-dan bu məsələylə bağlı açıqlama verməsini istəyəcəyik."
Türkiyə prezidenti həmçinin deyib: Biz lazım olan sənədləri ABŞ-a təqdim etmişik və Obamanın nə edəcəyini gözləyirik. Biz keçmişdə onların istədikləri terrorçuları təhvil vermişik və onlardan, terrorçularla bağlı sənədləri bizə təhvil vermələrini istəməmişik. İndi də Amerikaya bu məsələni uzatmağa lüzum görmədiyimizi deyirik."