İŞİD İraqın şimalında minlərlə nəfəri oğurladı, onlarla nəfəri öldürdü
-
İŞİD İraqın şimalında minlərlə nəfəri oğurladı, onlarla nəfəri öldürdü
BMT və yerli dairələr İraqın şimal bölgələrində minlərlə nəfərin İŞİD tərəfindən oğurlanması və onlarla nəfərin qətlə yetirilməsindən xəbər veriblər.
BMT-nin Köçkünlərin Ali Komissarlığı cümə günü İraq proseslərinə dair öz gündəlik hesabatında bildirib: İŞİD terror qruplaşması öz mənzillərini tərk etməyə məcbur olan İraq kəndlilərindən ehtimal üzrə 3 mindən çox sakini oğurlayıb və onun ardınca 12 nəfəri edam edib.
Bu hesabatda əlavə olunur: BMT-nin Köçkünlərin məsələləri üzrə Agentliyin əldə etdiyi məlumatlara əsasən, İŞİD 4 avqust tarixində Kərkük şəhərindən qaçmağa cəhd göstərən əl-Hüveycə sakinlərindən 3 min nəfəri oğurlayıb.
Hesabatda bildirilir: Bu kəndlilərdən 12 nəfəri İŞİD-in əsirliyində öldürülüb.
İŞİD terror qruplaşması 2014-cü ildən və İraqın şimal və qərbində bir sıra bölgələri işğal etdikdən sonra bu bölgə sakinlərinə qarşı faciəvi cinayətlər törədib. İŞİD-in tükürpədən cinayətlərindən birinə misal olaraq, təkfirçi terrorçular İraqın şimalında Səncar kürdsakinli şəhərə daxil olduqdan sonra, bu şəhərin demək olar bütün kişilərini qətlə yetirib və 5 mindən çox qadın və uşağı əsir götürüb və cinsi qula çeviriblər.
Yayımlanan hesabatlara əsasən, onlardan təxminən 2 min nəfəri təkfirçi terrorçulardan xilas ola bilib. Lakin qalanları əgər sağdırlarsa, bu terror qruplaşmasının əsirliyindədir.