Ərəbistan qırıcıları Yəməndə bir təhsil mərkəzi və bir məscidi bombalayıblar
Avq 08, 2016 07:06 Asia/Baku
-
Ərəbistan qırıcıları Yəməndə bir təhsil mərkəzi və bir məscidi bombalayıblar
Yəmənə qarşı hücumların davamında Ərəbistan qırıcıları Sədə əyalətində bir məktəb və bir məscidi bombalayaraq, dağıdıblar.
Əl-Məsirə informasiya kanalının verdiyi məlumata görə, bu məscid və təhsil mərkəzi 5 dəfə bombardman edilib və tamamilə dağıdılıb. Bu binaların ətrafında yerləşən digər binalar da bombardman nəticəsində dağıntılara məruz qalıb. Yəməndən daxil olan məlumatlara görə, Yəmən xalqı Ərəbistanın bu ölkənin sivil infrastrukturlarına hücum etməsini qınayıb.
Ərəbistan Yəməndə atəşkəsin elan edilməsinə baxmayaraq, Sədə əyalətini ardıcıl şəkildə bombalayırlar.
Teqlər