Hələbin cənubunda yüzlərlə terrorçu öldürülüb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229159-hələbin_cənubunda_yüzlərlə_terrorçu_öldürülüb
Suriya və Rusiya hərbi hava qüvvələrinin Hələbin cənub və qərb istiqamətlərində keçirdiyi əməliyyatda yüzlərlə terrorçu, o cümlədən bir qrup xarici sərkərdə öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2016 05:34 Asia/Baku
  • Hələbin cənubunda yüzlərlə terrorçu öldürülüb
    Hələbin cənubunda yüzlərlə terrorçu öldürülüb

Suriya və Rusiya hərbi hava qüvvələrinin Hələbin cənub və qərb istiqamətlərində keçirdiyi əməliyyatda yüzlərlə terrorçu, o cümlədən bir qrup xarici sərkərdə öldürülüb.

Suriyanın əl-Əxbariyyə telekanalının məlumatına görə, Suriya və Rusiya Hərbi Hava Qüvvələri Hələbin ətrafında, xüsusilə də Xan Tuman, Amiriyyə və Kəfər Həmra universitetləri və anbarları ətrafında terrorçuların toplaşdıqları məkanlara hücum ediblər. 

İki ölkənin hərbi hava qüvvələrinin qırıcı təyyarələri həmçinin Səraqibdən Zərbə və Təftnaza doğru terrorçuların bir neçə karvanını məhv edib və onların tədarük yollarını bağlayıblar. Eləcə də Hələbin cənubunda qarşıdurma bölgələrində terrorçulara yardım və təchizatın çatmasının qarşısını alıblar. 

Digər tərəfdən Suriya ordusunun quru qoşunları hər gün ağır zərbələrlə üzləşən terrorçulara qarşı əməliyyatı davam etdirir. 

Əl-Əxbariyyə telekanalı Hələbin cənubunda Xan Sabiri məntəqəsində terror qruplaşmalarının mövqelərinə hücuma dair kadrları yayımlayıb.