Hizbullahın uçan pilotsuz aparatları Suriyada terrorçuların mövqelərinə hücum edib
-
Hizbullahın uçan pilotsuz aparatları Suriyada terrorçuların mövqelərinə hücum edib
Livan Hizbullahının uçan pilotsuz aparatları Suriyanın şimalında yerləşən Hələb şəhərinin cənubunda terror qruplaşmalarının mövqelərini hədəfə alıblar.
İRİB-in məlumatına görə, Livan Hizbullahının uçan pilotsuz aparatları Hələbin cənub ətrafında yerləşən Xəlsə kəndində terrorçuların mövqelərini hədəfə alaraq məhv ediblər.
Hizbullah bundan öncə Livanın Ərsal məntəqəsində əl-Nüsrə Cəbhəsi terror qruplaşmasının mövqelərini atəşə tutmaq üçün bu vasitələrdən istifadə etmişdi.
Qeyd edək ki, Xəlsə kəndi iyul ayında silahlı müxaliflərin Təl əl-İs və Xan Tumana nəzarəti ələ keçirməsindən sonra Ceyşül-Fəth terror qruplaşmasının işğalına düşüb.
Hizbullah qüvvələri Rusiya qırıcı təyyarələrinin dəstəyi ilə ötən bir ildə terrorçularla savaşda Suriya ordusunun uğur qazanmasında əsaslı rolu oynayıblar.