Türkiyənin kürd sakinli bölgəsində iki partlayış; 8 ölü
Avq 11, 2016 12:34 Asia/Baku
-
Türkiyənin kürd sakinli bölgəsində iki partlayış
Türkiyənin kürdsakinli bölgəsində iki partlayış 8 nəfərin həlak olması ilə nəticələnib.
France 24 telekanalının məlumatına görə, Diyarbəkirdə partlayıcı qurğu quraşdırılmış avtomobilin partladılmasında 5 nəfər həlak olub, 12 nəfər də yaralanıb. Bu partlayışla yanaşı Qızıltəpədə baş verən partlayışda 3 nəfər həlak olub, 25 nəfər yaralanıb.
Hər iki partlayış polis avtomobillərinin keçdiyi zaman baş verib.
Türkiyə təhlükəsizlik rəsmiləri bu aktları PKK üzvlərinin törətdiyini bildirirlər.
İndiyə qədər bir şəxs və ya bir qrup bu partlayışların məsuliyyətini üzərinə götürməyib.