Yəmənin müxtəlif bölgələri səudiyyəli qırıcıların hücumlarına məruz qalıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229204-yəmənin_müxtəlif_bölgələri_səudiyyəli_qırıcıların_hücumlarına_məruz_qalıb
Səudiyyəli qırıcılar Yəmənin infrastrukturlarını hələ də dağıtmaqdadırlar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 11, 2016 12:26 Asia/Baku
  • Yəmənin müxtəlif bölgələri səudiyyəli qırıcıların hücumlarına məruz qalıb
    Yəmənin müxtəlif bölgələri səudiyyəli qırıcıların hücumlarına məruz qalıb

Səudiyyəli qırıcılar Yəmənin infrastrukturlarını hələ də dağıtmaqdadırlar.

Yəmənin əl-Məsirə telekanalının məlumatına görə, səudiyyə qırıcıları cümə axşamı günü şimalda Sədə, mərkəzdə Zibar və paytaxt Yəmən vilayətlərinə hücumlar edib və bir çox yaşayış massivi, əkin sahəsi və infrastrukturu dağıdıblar. 

Səudiyyə qırıcılarının hücumlarında onlarla yəmənli həlak olub və yaralanıb. 

Bu arada Səna vilayətində ərzaq maddələri aparan bir yük maşını vurulub. 

Bildirildiyinə görə, Ərəbistanın Yəmənin bəzi vilayətlərinə hücumu nəticəsində bir çox taxıl anbarı dağılıb. 

Səudiyyə qırıcıları həmçinin Yəmən prezident sarayına bitişik əl-Nəhdeyn dağını hədəfə alıblar. 

Sənanın cənubunda əl-Zibvə bazaları və beynəlxalq aeroport da Ərəbistan qırıcılarının hücumunda xəsarət alıblar. 

Ərəbistan 2015-ci ilin mart ayından Yəmənə hücum edərək minlərlə yəmənlini qətlə yetirib və yaralayıb. Ali-Səud istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq niyyətindədir.