Avq 14, 2016 09:56 Asia/Baku
  • Mənbic şəhərində yüzlərlə girov azad edildi
    Mənbic şəhərində yüzlərlə girov azad edildi

İŞİD terrorçuları Mənbic şəhərindən geri çəkilərkən canlı qalxan olaraq istifadə etmək üçün girov götürdükləri yüzlərlə suriyalını şənbə günü azad ediblər.

Kürd yaraqlıları və könüllü ərəb qüvvələri avqustun 6-da İŞİD yaraqlılarını Mənbic şəhərindən geri çəkilməyə məcbur ediblər. İŞİD yaraqlıları cümə günü bu şəhərdən geri çəkilərkən şəhər sakinlərindən olan 200 nəfəri o cümlədən qadın və uşaqları girov götürmüşdülər. 

İŞİD-in Mənbicdə üzləşdiyi məğlubiyyət onların kürd yaraqlıları və könüllü ərəb qüvvələri qarşısındakı ən ağır məğlubiyyəti sayılır. 

Teqlər