Ərdoğan: NATO Suriya məsələsində Türkiyəni tək qoydu
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan NATO-nun Suriya məsələsində Türkiyəyə dəstək verməsini istəyib və deyib: Əgər NATO bu gün Türkiyəyə kömək etməyəcəksə, bəs nə zaman edəcək?
Ərdoğan Sankt-Peterburqa olan səfərinə və Rusiya prezidenti ilə görüşünə işarə edərək, iki ölkə arasındakı strateji məşvərət şurasının öz fəaliyyətini davam etdirəcəyini vurğulayıb və deyib: Bu şuranın növbəti iclası 2017-ci ildə Sankt-Peterburqda keçiriləcək.
Ərdoğan əlavə edib: 7 nazir ilə birlikdə Sankt-Peterburqa səfər etdim. Ötən ilin 24 noyabrında baş verən hadisə (Rusiya təyyarəsinin Türkiyə tərəfindən vurulması) Türkiyə və Rusiya xalqlarının narahatlığına səbəb olmuşdu. Bu narahatlığın aradan qaldırılması və iki ölkə əlaqələrinin yenidən bərpa edilməsi üçün bu səfərin baş tutması lazım idi. Çünki, bizim Rusiya ilə illik ticarət dövriyyəmiz 38 milyard dollar idi və 24 noyabr hadisəsindən sonra bu rəqəm 24 milyard dollara qədər azalmışdı. İndi yeni bir dövrə başlayırıq. Bu dövrdə siyasi, iqtisadi, hərbi , mədəni və turizm əməkdaşlıqları daha da genişlənəcək. Ərdoğan həmçinin deyib: Bizim NATO ilə əlaqələrimiz müzakirə mövzusu deyil. Amma, NATO Suriya məsələsində Türkiyəni tək qoydu və mən bunu dəfələrlə demişəm.