Qəzzədə fələstinli əsirləri himayə aksiyası keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229555-qəzzədə_fələstinli_əsirləri_himayə_aksiyası_keçirilib
Qəzzə zolağında keçirilən aksiyada İsrail zindanlarında saxlanılan fələstinli əsirlərə dəstək nümayiş etdirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 08:36 Asia/Baku
  • Qəzzədə fələstinli əsirləri himayə aksiyası keçirilib
    Qəzzədə fələstinli əsirləri himayə aksiyası keçirilib

Qəzzə zolağında keçirilən aksiyada İsrail zindanlarında saxlanılan fələstinli əsirlərə dəstək nümayiş etdirilib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, bir qrup fələstinli Qəzzə zolağında aksiya keçirərək, İsrail zindanlarında olan fələstinli əsirlər ilə öz həmrəyliyini elan edib. 

Fələstinin azadlığı uğrunda xalq cəbhəsi və Əl-Əhrar hərəkatının dəvəti ilə keçirilən bu aksiyada İsrail zindanlarında aclıq aksiyası keçirən fələstinli əsirlərə dəstək verilib. 

Aksiya iştirakçıları bu aksiyada fələstinli əsirlər xüsusi iləd də Bilal Kaydın azadlığa buraxılmasına təkid edərək, dünya ictimaiyyəti və beynəlxalq təşkilatların məsələyə müdaxilə etməsini istəyiblər.