Bəhreyndə şiələrə qarşı repressiyalar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229573-bəhreyndə_şiələrə_qarşı_repressiyalar_davam_edir
Ali-Xəlifə rejimi şiələr xüsusilə ruhanilərə qarşı repressiyalarını davam etdirir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 14, 2016 13:20 Asia/Baku
  • Bəhreyndə şiələrə qarşı repressiyalar davam edir
    Bəhreyndə şiələrə qarşı repressiyalar davam edir

Ali-Xəlifə rejimi şiələr xüsusilə ruhanilərə qarşı repressiyalarını davam etdirir.

Mratül-Bəhreyn informasiya agentliyinin verdiyi məlumata görə, Bəhreyn rejimi dünən şiələrə qarşı repressiyalarının davamında Manamanın Hozol-Caf həbsxanasında saxlanılan şiə ruhaniləri cinayətkarlara məxsus bölümə köçürüb.

Bu həbsxanada şiə siyasi məhbuslar üçün şərait çox acınacaqlıdır və həbsxana rəsmiləri məhbuslara qarşı işgəncə əmri veriblər, onların karsdan çıxmalarına imkan vermirlər. 

Ümümdünya qırmızı xaç komitəsindən bir qrupun Hozol-Caf həbsxanasına baxış keçirəcəyi gözlənilsə də indiyədək bu reallaşmayıb. 

Bəhreyn 2011-ci ildən bəri xalqın Ali-Xəlifə rejiminə qarşı dinc etirazlarının şahididir. 

Bəhreyn xalqı azadlıq və ədalət tələb edir, ayrı-seçkiliklərə son qoyulmasını və hökumətin azad seçkilər yolu ilə seçilməsini istəyir Ali-Xəlifə rejimi isə bu kimi tələblərə qarşı sadəcə repressiya siyasəti yeridir.