Bəhreynli alimlər Ali-Xəlifənin şiələrə qarşı savaş elan etməsinə reaksiya veriblər
Bəhreynin bir qrup alimi Şeyx İsa Qasimin mühakiməsini Ali-Xəlifənin Bəhreyndə dini mentalitetə qarşı müharibə elan etməsi adlandırıblar.
Livanın əl-Əhd xəbər portalının məlumatına görə, Bəhreyn alimləri bir bəyanatda bildiriblər: Hakim rejim əslində milli və dini kimliklər əleyhinə savaşa başlayıb və bu müharibə Bəhreyndə şiəliyin mühakiməsi üçündür.
Bu bəyanatda bildirilib: Bu mühakimə icra olunmazdan öncə, detalları hazırlanıb və siyasi qərarların verilməsi üçün məhkəməyə göndərilib.
Bəhreyn alimləri bildiriblər: Bəhreyn xalqı və onların başında alimlər zülm və korrupsiya qarşısında müqavimət yolunu davam etdirirlər və öz oğurlanmış hüquqları və bütün kütlələr üçün təhlükəsizliyin bərqərar olunmasını istəyirlər.
Bəhreynin Cəza Məhkəməsi ötən gün saxta ittihamlar, o cümlədən çirkli pulların yayılması ilə bağlı ittihamlara görə tanınmış nüfuzlu ruhani Şeyx İsa Qasimin qiyabi mühakiməsinin ikinci iclasını keçirdikdən az sonra onun mühakiməsini 15 sentyabra təyin edib.