Terrorçular Hələbdə uğursuzluqla üzləşdi
-
Terrorçular Hələbdə uğursuzluqla üzləşdi
Hələb şəhərinin qərbində Cəmiyyətüz-Zəhra məhəlləsində silahlı qruplaşmaların sement zavoduna iki hücum cəhdi uğursuzluqla üzləşib.
Əl-Məyadin telekanalının məlumatına görə, Suriya ordusu silahlı qruplaşmaların Hələbin cənubunda sement zavodu və əl-Ramusə məhəlləsinə hücumunu zərərsizləşdirib.
Suriya ordusunun silahlı qruplaşmaların mövqelərinə hava və arsenal hücumu ilə bölgədə qarşıdurmalar davam edir. Suriya ordusu bundan öncə Ceyşül-Fəth qruplaşmasının Hələbin qərbində Cəmiyyətüz-Zəhra məhəlləsinə hücumunu zərərsizləşdirib və bu bölgədə nisbi sakitlik hökm sürür.
Suriya ordusunun müharibə təbliğatı qərargahı bu qarşıdurmalarda Əhrarüş-Şam qruplaşmasının tank məsələləri üzrə məsulunun öldürüldüyünü bildirib.
Suirya ordusu həmçinin bomba quraşdırılmış avtomobili ordu mövqelərinə çatmazdan öncə məhv edib.
İdlib vilayətindən Hələb vilayətinə doğru silahlı qruplaşmaların tədarük yollarına hava və arsenal hücumları silahlı qruplaşmaların silahl-sursatının azalmasına səbəb olub.