Ərəbistanın 7 hərbçisi raket hücumları zamanı həlak olub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i229981-Ərəbistanın_7_hərbçisi_raket_hücumları_zamanı_həlak_olub
Ərəbistanın Daxili İşlər Naziriyi Nəcran məntəqəsinə düşən raketlərin 7 hərbçinin ölümünə yol açdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 17, 2016 05:19 Asia/Baku
  • Ərəbistanın 7 hərbçisi raket hücumları zamanı həlak olub

Ərəbistanın Daxili İşlər Naziriyi Nəcran məntəqəsinə düşən raketlərin 7 hərbçinin ölümünə yol açdığını bildirib.

Fars xəbər agentliyinin verdiyi məlumata görə, Yəmən ordusu çərşənbə axşamı Nəcran məntəqəsini bir ədəd raket ilə hədəfə alıb. Ərəbistanın Daxili İşlər Nazirliyinin bildirdiyinə görə, bu raket Ərəbistan ordusunun sərhəd məntəqədəki mövqeyinə düşüb. 

Yəmən ordusu və xalq qüvvələri bazar ertəsi günü də Məarib əyalətinin şərqində, Ərəbistan muzdlularının əsas bazalarından sayılan Səhnülcin hərbi bazasını bir ədəd ballistik raket ilə hədəfə almışdılar. 

Bu arada Ərəbistan qırıcıları Yəmənin paytaxtı Sənanı bombardman ediblər. Nəticədə 9 mülki həlak olub. 

Digər tərəfdən Sərhədsiz Həkimlər Təşkilatı bazar ertəsi günü bildirib ki, Ərəbistan qırıcıları Yəmənin Həccə əyalətində bu təşkilata aid bir xəstəxananı bombalayıblar. Bu bombardman zamanı 14 nəfərin öldüyü bildirilir.