İŞİD Hələbdə iprit qazından istifadə etdi
-
İŞİD Hələbdə iprit qazından istifadə etdi
Suriya mediaları İŞİD terror qruplaşmasının Hələbdə kimyəvi silahdan istifadə etdiyini bildiriblər.
PressTV-nin verdiyi məlumata görə, İŞİD Hələbin 40 km şimalında yerləşən Mari şəhərində zəhərli qaz bobmalarından istifadə edib.
Bu məlumata görə, bu hücumun ardınca şəhər sakinləri arasında ciddi tənəffüs problemləri yaranıb.
Məlumatda həmçinin bildirilir ki, Mari şəhərinə edilən hücumda istfadə edilən zəhərli maddə iprit qazı olub.
İprit qazı dəri üzərində yanmaya və iri suluqların yaranmasına səbəb olaraq, tənəffüs sistemində ciddi pozuntular yaradır.
Suriyalı qaynaqlardan daxil olan məlumatlara görə, İŞİD terrorçuları Mari şəhərini artıq neçənci dəfədir ki, kimyəvi silahlarla hədəfə alırlar.
Mari şəhərinin 3 istiqamətdən İŞİD-in mühasirəsində olduğu bildirilir.
Suriyalı-Amerikan Tibb Cəmiyyətinin verdiyi hesabata görə, İŞİD terror qruplaşması Suriyada gedən döyüşlərdə 160-dan artıq kimyəvi hücum həyata keçirib. Bu hücumlarda 1500 nəfər həlak olub.