Avq 17, 2016 13:06 Asia/Baku
  • Nüman Kurtulmuş
    Nüman Kurtulmuş

Türkiyə baş nazirinin müavini deyib: Gülən terrorçuların başçısıdır və ordunun daxilindən yeni bir çevriliş cəhdinin baş qaldırması ehtimalı yoxdur.

Türkiyə baş nazirinin müavini Nüman Kurtulmuş hazırda Pensilvaniya ştatında yaşayan Fətulla Güləni terrorçuların başçısı adlandırıb və deyib: Amerika Gülən və 79 milyonluq Türkiyə xalqı arasında seçim etməlidir. 

N.Kurtulmuş əlavə edib: Şübhəsiz ABŞ rəsmiləri öz ölkələrinin milli maraqlarını necə müdafiə edəcəklərini bilən insanlardırlar. 

N.Kurtulmuş daha sonra ordunun daxilindən yeni bir dövlət çevrilişinə cəhdin baş qaldırması ehtimalının olmadığını bildirib. 

Nüman Kurtulmuş Türkiyədəki bütün  dövlət çevrilişlərinin siyasi nəticələrinin olduğunu deyərək, vurğulayıb: Bu son dərəcə önəmli bir məsələdir və hazırda prokurorların masası üzərindədir. 

Teqlər