Avq 18, 2016 11:50 Asia/Baku
  • Heydər Əlibadi
    Heydər Əlibadi

İraqın baş naziri peşmərgə qüvvələrinin irəliləməməsi üçün bu ölkənin Kürdüstan məntəqəsilə razılıqdan xəbər verib.

Əlhəds telekanalının məlumatına görə, Heydər Əlibadi vurğulayıb: Kürdüstan iqlimi ilə razılıq əldə olunub ki, peşmərgə qüvvələri özlərinin hazırkı mövqelərindən irəliyə getməsinlər. Əlibadi Mosulun bölünməsilə müxalifəti vurğulayaraq, deyib: Moslu şəhərini bu şəhərin əhalisi idarə etməlidir.Gələcəkdə Mosulun idarəsində heç bir dəyişiklik baş verməyəcək. Biz Mosul şəhərinin bölünməsini əsla qəbul etmirik və belə bir işə əsla icazə verməyəcəyik.

O, sonra deyib: İraqın mərkəzi dövləti Mosul qarşısında məsuliyyət daşıyır və biz öz məsuliyyətimizə əməl edəcəyik. Təkcə İraqın silahlı qüvvələri Mosula daxil olacaq. Mosulun öz əhalisindən bir qrupu da bu iraqlı qüvvələrə kömək edəcək. Əlibadi qeyd edib: Biz azlıqlardan, eləcə də bu şəhərin əhalisindən qüvvələr səfərbər etmişik və çalışırıq ki, onu genişləndirək.

Teqlər