Yəmənlilərin Ali-Səud rejiminə qarşı geniş aksiyası
Avq 18, 2016 12:12 Asia/Baku
-
Yəmənlilərin Ali-Səud rejiminə qarşı geniş aksiyası
Yəmən xalqı geniş aksiya keçirərək, Ali-Səud rejiminin cinayətlərini pisləyib.
Əlaləm telekanalının məlumatına görə, Yəmənin cənub-şərqindəki Təiz vilayətinin əhalisi geniş bir aksiyada Ərəbistanın cinayətlərini pisləyib və Yəmən Ali Siyasi Şurasının təşkilini dəstəkləyibdir.
Təiz vilayətinin əhalisi Ali-Səud rejiminə qarşı süarlar verərək, Ərəbistan ordusunun Yəmən xalqına qarşı hava hücumlarının dayandırılmasını istəyib.
Son günlər Ərəbistan ordusunun Yəmənin müxtəlif məntəqələrinə qarşı hava hücumları artıbdır. Nəticədə onlarla yəmənli ölüb və yaralanıb.
Teqlər