Avq 18, 2016 18:27 Asia/Baku
  • Məhkəmə bəhreynli ruhanini azad etməkdən boyun qaçırdı
    Məhkəmə bəhreynli ruhanini azad etməkdən boyun qaçırdı

Bəhreyn məhkəməsi Ali-Xəlifə rejimi həbsxanasında məhbus olan ruhani Şeyx İsa əl-Mömini azad etməkdən imtina edib.

Əl-Əhd internet portalının məlumatına görə, Şeyx İsa əl-Möminin vəkilləri müvəkkilinin xəstəliyinə dair həkim ekspertiza rəyini Bəhreyn hökumətinin məhkəmə rəsmilərinə təqdim ediblər. Lakin bu rəsmilər mühakiməni cari ayın 21-nə qədər təxirə salmaqla razılaşıblar.

Bəhreyn rəsmiləri 7 iyulda şiə ruhani Şeyx İsa əl-Mömini Ali-Xəlifə rejiminin bu ölkə şiələrinə qarşı hərəkətlərini pislədiyinə görə, əl-Xif məscidində həbs ediblər.

Bəhreyn vətəndaşları çərşənbə gecə ölkənin müxtəlif bölgələri, o cümlədən Manamada irimiqyaslı etiraz aksiyaları keçirərək, Ali-Xəlifə rejiminə qarşı şüarlar səsləndirərək Ali-Xəlifə rejimi tərəfindən həbs olunmuş bütün siyasi və ruhani məhbusların azad olunmasını tələb ediblər.

Bəhreyn 2011-ci il fevral ayından Ali-Xəlifə rejimi əleyhinə dinc etirazların şahididir.

Bəhreyn vətəndaşları siyasi islahatların aparılması, azadlıq, ədalətin bərqərar olunması, ayrı-seçkiliyin aradan qaldırılması, seçilmiş hökumətin iqtidara gəlməsini tələb edirlər. Lakin Ali-Xəlifə rejimi onların etirazlarını repressiya ilə cavablandırır.

Teqlər