Türkiyədə bir neçə partlayışda 200 nəfər ölüb və yaralanıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i230152-türkiyədə_bir_neçə_partlayışda_200_nəfər_ölüb_və_yaralanıb
Türkiyənin şərqində iki təhlükəsizlik mərkəzində baş verən partlayışlarda 9 nəfər həlak olub, 193 nəfər də yaralanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 18, 2016 15:24 Asia/Baku
  • Türkiyədə bir neçə partlayışda 200 nəfər ölüb və yaralanıb
    Türkiyədə bir neçə partlayışda 200 nəfər ölüb və yaralanıb

Türkiyənin şərqində iki təhlükəsizlik mərkəzində baş verən partlayışlarda 9 nəfər həlak olub, 193 nəfər də yaralanıb.

Kürdsakinli Əlazıqda təhlükəsizlik qüvvələrinə aib bina qarşısında bomba quraşdırılmış avtomobilin partladılması nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb. Bu partlayışdan sonra Van vilayətində bir kənddə təhlükəsizlik qüvvələrinin mərkəzlərindən birində də oxşar partlayış törədilib. Bomba quraşdırılmış avtomobilin partladılması da onlarla sivilin həlak olması və yaralanması ilə nəticələnib.

Türkiyə baş naziri Binəli Yıldırım cümə axşamı günü bildirib: Terror təşkilatlarının məqsədi Türkiyənin stabilliyinə zərbə vurmaqdır və biz ölkənin bütün terror təşkilatlarından təmizləmək üçün iradəmizdə qətiyyətliyik.