Bəhreynli ruhaninin tərəfdarlarının piketi üçüncü aya daxil olub
Avq 22, 2016 12:44 Asia/Baku
-
Bəhreynli ruhaninin tərəfdarlarının piketi üçüncü aya daxil olub
Bəhreyn müsəlmanlarının rəhbəri Şeyx İsa Qasimin vətəndaşlığının ləğvindən hiddətlənmiş əhali onun evi qarşısındakı piketi 63-cü gün olaraq davam etdirib.
Fars xəbər agentliyinin məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi 2016-cı il iyunun 20-də "xarici siyasi-dini mərcəiyyətin tabeliyində olan qrupların təsisi" ittihamı ilə Şeyx İsa Qasimin vətəndaşlığını ləğv etdi və Bəhreyn əmiri də Bəhreyn Daxili İşlər Nazirliyinin bu qərarı ilə razılaşdı.
Ayətullah Qasimin himayədarlarının onun evinin ətrafındakı piket halqası həmin tarixdən başlanıb və hələ də davam edir.
Bəhreynin din alimləri bu 60 gündə bir neçə dəfə bəyanat yayıblar və bildiriblər ki, onların taleyi, Ayətullah Qasimin taleyidir.