Suriya ordusu Dəməşqin ətrafında yeni uğurlar əldə edib
-
Suriya ordusu Dəməşqin ətrafında yeni uğurlar əldə edib
Suriya ordusu Dəməşqin ətrafında terrorçular əleyhinə apardığı əməliyyatlarda şəhərin şərq hissəsində yerləşən məntəqələrə nəzarəti ələ keçiərək, Duma şəhərinə doğru irəliləyib.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya ordusu Dəməşqin şərqində yerləşən ətraf məntəqələrdə, Huş əl-Zəvahirə istiqamətində bir sıra irəliləyişlərə malik olub. Suriya ordusu həmçinin, Şifuniyə şose yoluna nəzarəti ələ keçirib. Bu şose yolu terrorçuların əsas tədarükat yollarından biri sayılır.
Əl-Aləm kanalının müxbiri Darin Fəzl deyir: "Dəməşqin şərqində hərbi əməliyyatlar davam etdirilir. Suriya ordusu yeni uğurlar əldə edib və Huş əl-Zəvahiri məntəqəsi ilə Huş əl-Nüsra məntəqəsi arasındakı əkin sahələrinə nəzarəti ələ keçirib. Şifuniyə şose yolu isə artıq Suriya ordusunun atəşi altındadır."
Şifuniyə şose yolu terrorçuların əsas tədarükat yollarından biri sayılır və ordu qüvvələrinin bu istiqamətdə irəliləməsi strateji əhəmiyyət daşıyır. Belə ki, bu irəliləyiş Ğutə məntəqəsi ilə Səhra arasındakı tədarükat yolunun kəsilməsinə səbəb ola bilər. Ordunun bu məntəqəyə nəzarəti artırması ilə terrorçuların sığınacaqları ordu qüvvələrinin mühsirəsinə düşmüş olur. Və ordu qüvvələri Duma şəhərinə daha artıq yaxınlaşmış olacaqlar. Terrorçular isə Suriya ordusunun irəliləməsinə mane olmaq üçün başqa bir istiqamətdən gərginlik yaratmağa çalışırlar. Silahlı qruplaşma üzvləri Şərqi Ğutədə, Cubər - Zəməlka məntəqəsində avtomobil şinlərini yandıraraq, Dəməşq şəhərinin üzərində qatı tüstü dumanı yaradıblar. Bununla da Suriya ordusunun diqqətini yayındırmağa və Şərqi Ğutə məntəqəsinə nüfuz etməyə çalışıblar. Amma, ordu qüvvələri onların bu hücumunu önləyib.
Suriya ordusunun ehtiyatda olan generalı Əli Maqsud deyir: "Ordunun Huş əl-Zəvahiri məntəqəsində Reyhan istiqamətində ciddi uğurlar əldə etməsini habelə, Huş əl-Farə və Huş əl-Nüsra məntəqələrinə nəzarəti ələ keçirməsi, Dumada terrorçuların əsas bazalarını mühasirəyə almasını nəzərə alaraq, terrorçular yeni cəbhələr açmağa çalışırlar. Bununla da ordu qüvvələrinin diqqətini yayındırmağa, Duma şəhərinə doğru irəliləməni yavaşlatmağa çalışırlar."
Filqül-Rəhman adlı terror qruplaşmasının Cubeyr cəbhəsini yenidən aktivləşdirməyə çalışması Dəməşq şəhəri üçün təhlükəsizlik problemlərinin yaradılması və ordu qüvvələrinin diqqətinin yayındırılması məqsədini daşıyır. Suriya ordusu isə terrorçuların bu hərəkətlərinə cavab olaraq, Filqül-Rəhman qruplaşmasının mövqelərini ağır atəşə tutub.