Avq 23, 2016 15:03 Asia/Baku
  • Al-Xəlifə rejimi yaşlı bir vətəndaşı 7 ay həbsə məhkum edib
    Al-Xəlifə rejimi yaşlı bir vətəndaşı 7 ay həbsə məhkum edib

Ali-Xəlifə rejimi Bəhreyn vətəndaşları əleyhinə zorakılıqlarının davamında yaşlı bir vətəndaşı 7 ay həbsə məhkum edib.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Bəhreyn məhkəməsi bu ölkə vətəndaşı olan Əli Əhməd Nasiri  şəhid Həsən Əlhakinin dəfn mərasimində iştirak etdiyi üçün 7 ay azadlıqdan məhrum edib.

Bəhreyndə demokratiya və insan haqlarını dəstəkləyən amerikalılar təşkilatı yaranmış vəziyyətlə bağlı bldirib ki, Bəhreyn rəsmiləri insan haqları müdafiəçilərinə qarşı repressiyalarını artırmaqla onların azad fəaliyyətinə maneələr yaradır. Bu məlumata görə, Bəhreyndə qadınlara qarşı ayrı-seçkilik də davam edir.

Bu təşkilat həmçinin Bəhreyn hökumətindən istəyib ki, qadınlara qarşı zorakılıqları dayandırsın və yaşı 45-dən aşağı olan qadınların həcc səfərinə getmələri müqabilində tətbiq edilən qadağanı ləğv etsin.

Bəhreyn məhkəməsi Əlvifaq cəmiyyətinin buraxılması haqda da qərar qəbul edərək, bu cəmiyyətin mal varlığının dövlətin xeyrinə müsadirə edilməsini istəyib.

Bəhreyn rəsmiləri həmçinin, Şeyx İsa Qasımın vətəndaşlığını da ləğv edib.

Teqlər