Avq 23, 2016 20:23 Asia/Baku
  • Binəli Yıldırım
    Binəli Yıldırım

Binali Yıldırıma böyük ölkələrdən vaxt itirmədən Suriya ilə əlaqələrdə yeni səhifənin açılmasını istəyib.

Türkiyənin baş naziri Binəli Yıldırım jurnalistlərlə müsahibədə deyib: Vaxt itirmədən Suriya ilə əlaqələrdə İran, Rusiya, Türkiyə, Amerika, Ərəbistan və Fars Körfəzi ətrafında yerləşən bəzi ölkələrin iştirakıilə yeni səhifənin açılması böyük əhəmiyyət daşıyır.

B.Yıldırım əlavə edib: Suriyanın şimalında və ya Türkiyənin cənubunda və ya hər hansı bir məntəqədə kürd dövləti və ölkəsinin yaradılması heç bir vəchlə qəbul ediləsi deyil və Türkiyənin bu məsələ ilə bağlı mövqeyi tam aydındır. Biz Suriyanın parçalanmasına icazə verməyəcəyik və bu ölkənin ərazi bütövlüyünün qorunmasına təkid edirik. Biz bildiririk ki, böhranda maraqlı olan tərəflərin heç birinin xeyrinə hansısa müstəqil qrup və ya təşkilatın yaradılmasına icazə verməyəcəyik.

Binali Yıldırım Suriyadakı bütün tərəfləri qan axıtmaları və döyüşləri dayandırmağa çağırıb və deyib: Bütün düşmənçilikləri bir kənara qoyaraq, bütün qrupların iştirakı ilə milli birlik dövlətinin yaradılmasını istəyirik.

Binali Yıldırımın bu açıqlaması Ankaranın Suriya böhranının həll edilməsi üçün böyük qüdrətlər və beynəlxalq təşkilatlar ilə əməkdaşlığa hazır olmasından xəbər verir.

Teqlər