Türkiyə ordusu Suriyanın Carablos şəhərində İŞİD mövqeləri əleyhinə hücumlar edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i231088-türkiyə_ordusu_suriyanın_carablos_şəhərində_İŞİd_mövqeləri_əleyhinə_hücumlar_edib
Türkiyə baş nazirinin ofisi bildirib: Türkiyə ordusu qüvvələri ABŞ-ın başçılıq etdiyi "koalisiyanın qüvvələri ilə birlikdə Suriyanın sərhəd şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün əməliyyata başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 24, 2016 11:17 Asia/Baku
  • Türkiyə ordusu Suriyanın Carablos şəhərində İŞİD mövqeləri əleyhinə hücumlar edib
    Türkiyə ordusu Suriyanın Carablos şəhərində İŞİD mövqeləri əleyhinə hücumlar edib

Türkiyə baş nazirinin ofisi bildirib: Türkiyə ordusu qüvvələri ABŞ-ın başçılıq etdiyi "koalisiyanın qüvvələri ilə birlikdə Suriyanın sərhəd şəhərini İŞİD terror qruplaşmasından azad etmək üçün əməliyyata başlayıb.

Anadolu İnformasiya Agentliyi bildirib: Bu əməliyyat yerli vaxtla avqustun 23-dən 24-ə keçən gecə və Türkiyə ordusunun hazırlığı elan etməsindən sonra başlayıb.

Bu əməliyyatda ilk öncə Türkiyə ordusunun ağır artilleriyası Carablos şəhərini atəşə tutublar və sonra bu ölkə təyyarələri bu şəhərdə İŞİD mövqelərini bombalayıblar.

Bu əməliyyat ABŞ prezidentinin müavini Co Baydenin müzakirələr, o cümlədən Suriya prosesləri barədə danışıqlar aparmaq məqsədilə Ankaraya daxil olmasından bir neçə saat əvvəl başlanıb.