Ərdoğandan ASO-ya dəstək
-
Rəcəb Təyyib Ərdoğan
Türkiyə prezidenti Qaziantəpdə "Birlik, Bərabərlik və Qardaşlıq Mitinqi"ndə çıxışı zamanı Azad Suriya Ordusuna(ASO) lazım olan dəstəyin verildiyini və ASO-nun da lazım olan əməliyyatı yerinə yetirdiyini dedi.
Rəcəb Təyyib Ərdoğan Qazıantəpdə bir toy mərasiminə edilən terror hücumu və bu terror hücumunda 50-dən çox insanın ölməsi və yüzlərlə insanın yaralanmasının ardınca dünən bu şəhərdə keçirilən "Birlik, Bərabərlik və Qardaşlıq Mitinqi"ndə son terror aktı qurbanları yaxınlarının kədərini bölüşüb və deyib: "Biz xayinlərin edam edilməsini istəyirik. Bu xüsusda qərar qəbul etməli olan tərəf Türkiyə Böyük Millət Məclisidir. Çünki, orda olanlar sizin vəkillərinizdir və qanunvericilik orqanı onlardır. Mən sizin bu istəyinizi onların diqqətinə çatdırdım və burdan bir daha onlara səslənirəm. Bu məsələ gündəmə gətirilməli, barəsində qərar qəbul edilməlidir. Əgər belə bir qərar qəbul edilərsə, deməliyəm ki, mən də onu imzalayacam."