İraq Ərəbistandan səfirini dəyişməsini istədi
-
İraq Ərəbistandan səfirini dəyişməsini istədi
İraqın Xarici İşlər Nazirliyi Səudiyə Ərəbistanından diplomatik qaydaları pozması və öz səlahiyyətlərini aşmasına, İraqın daxili işlərinə müdaxilə etməsi və İraqda etnik və məzhəbi qarşıdurma yaratmağa cəhd göstərməsinə görə, İraqdakı səfiri Samir Sübhanı dəyişməsini istəyib.
Samir Sübhan isə media açıqlamasında birildirib ki, Ərəbistanın İraq ilə bağlı siyasətləri şəxslərin dəyişməsi ilə dəyişilməyəcək.
Əl-Aləm kanalının verdiyi məlumata görə, İraq rəsmiləri sonda Ərəbistanın bu ölkədəki səfiri Samir Sübhanın müdaxilələrinə son qoymaq üçün Ər-Riyaddan öz səfirini dəyişməsini istəyiblər. Bu istək Samir Sübhanın mətbuatda və sosial mediada çoxsaylı açıqlamalarının ardınca irəli sürülüb. İraq hökuməti hər dəfə Sübhanın bu açıqlamalarını İraqın daxili işlərinə müdaxilə habelə, etnik və məzhəblərarası qarşıdurmanın qızışdırılmasına hesablanmış fikirlər olaraq dəyərləndirib. Ərəbistan səfirinin bu hərəkəti İraq xalqı və rəsmilərinin səbr kasasının dolmasına səbəb olub.
Samir Sübhan həmçinin, İraqın tanınmış simaları barədə habelə, terrorizm ilə mübarizədə təsirli rolu olan İraqlı qüvvələr barəsində təhrikedici və müdaxilə xarakterli fikirlər səsləndirib.
İraq Xarici İşlər Nazirliyinin sözçüsü Əhməd Camal deyir: "Bağdadın Ərəbistandan öz səfirini dəyişməsini istəməsinin səbəbi Samir Sübhanın davranışları və bəyanatlarına qayıdır. O, öz diplomatik səlahiyyətlərini aşaraq, İraq dövlətinin çoxsaylı xəbərdarlıqlarına da laqeyd yanaşıb."
Ə.Camal əlavə edib: "Onun qanundan kənar rəftarları İraqın daxili işlərinə aşkar müdaxilə xarakteri daşıyır və terrorizm ilə mübarizədə böyük rolu olan könüllü xalq qüvvələrinə qarşı hörmətsizlik sayılır. O, son açıqlamasında könüllü xalq qüvvələrini İraqdakı diplomatik missiyalara qarşı təhdid kimi qələmə verməyə çalışıb. Bu isə İraqın hakimiyyət haqqının kobud şəkildə pozulması sayılır."
Ərəbistan səfiri son açıqlamasında iddia edib ki, İraqdakı könüllü xalq qüvvələri onu terror etməyə çalışırlar. İraq hökuməti isə Samir Sübhanın bu iddiasını rədd edərək, Ərəbistan səfirindən bu iddiası ilə bağlı fakt təqdim etməsini istəyib. Rəsmi Bağdad bu kimi yalan iddiaların təbliğat xarakteri daşıdığını və İraq hökumətinin imicinə zərbə vurmağa hesablandığını bildirib.
İraq ruhaniləri və ictimai xadimləri də Samir Sübhanın açıqlamalarından amanda qalmayıblar və təhqirlərə məruz qalıblar.
Ərəbistan səfirinin öz diplomatik səlahiyyətlərini aşması və çoxsaylı xəbərdarlıqlara rəğmən müdaxilə xarakterli davranışlarına düzəliş etməməsinin ardınca İraqın Xarici İşlər Nazirliyi Ər-Riyaddan öz səfirinin geri çağırmasını və onu yenisi ilə əvəz etməsini istəyib.
İraq rəsmiləri Ərəbistan səfirinin öz missiyasına uyğun olmayan işlərlə məşğul olduğunu və İraqın daxili işlərinə müdaxilə etməyə səy göstərdiyini bildiriblər.