Avq 30, 2016 11:30 Asia/Baku
  • Yəmənin cənubunda partlayış tələfatının sayı artıb
    Yəmənin cənubunda partlayış tələfatının sayı artıb

Yəmənin cənubunda törədilən terror partlayışında həlak olanların sayı artıb.

Sky Newsun ərəbcə xidmətinin məlumatına görə, Yəmənin Ədən şəhərində partlayışda həlak olanların sayı 71 nəfərə, yaralananların sayı isə 98 nəfərə çatıb. 

İŞİD bu hücumun məsuliyyətini üzərinə götürüb. 

Yəmənin təhlükəsizlik dairələri bildiriblər ki, Yəmənin cənubunda bir baza yaxınlığında terrorçu üzərindəki partlayıcı qurğunu işə salıb. 

Ədənin cənubu Yəmənin istefa vermiş prezidenti Əbd Rəbbə Mənsur Hadiyə bağlı qüvvələrin nəzarətindədir. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi ərəb koalisiyasının Yəmənə hücumu, bu ölkənin cənubunu İŞİD və əl-Qaidə terror qruplaşmalarının at oynatdığı məkana çevirib və bu qruplaşmalar bu bölgələri həmişə de-stabil edirlər. 

Yəməndən əldə olunan digər məlumata görə, səudiyyəli təcavüzkar qırıcı təyyarələr Sədə vilayətində Məndəbə bölgəsi və əl-Şeybani yüksəkliklərini bir neçə dəfə bombalayıblar. 

Yəmən ordusu və xalq qüvvələri də Nəcranda Əbu Həmdan bazasında səudiyyəli hərbçilərin toplaşdığı məkana bir neçə raket atıblar. 

Ərəbistan 2015-ci ilin mart ayından Yəmənə hücumlara başlayıb və bu hücumlar nəticəsində minlərlə yəmənli həlak olub və yaralanıb. 

Teqlər