Ərəbistanın Yəmənə hücumları davam edir
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ali-Səud rejimi Yəmənin müxtəlif bölgələrinə hücumları davam etdirir.
Yəmənin əl-Məsirə telekanalının məlumatına görə, bazar ertəsi günü səudiyyəli bombardmançı təyyarələrin Zəhban bölgəsində bazara hücumu nəticəsində 5 sivil həlak olub.
Ərəbistan təyyarələri həmçinin Sənada bir neçə dövlət idarəsini hədəfə alıblar.
Ərəbistanın qırıcı təyyarələrinin əl-Couf vilayətinə hücumunda da əl-Məsirə telekanalının müxbiri yaralanıb.
Bu arada Yəmən ordusu və xalq qüvvələri Ərəbistanın cinayətlərinə reaksiyada Əbha bölgə aeroportu və Ərəbistanın Aramko neft şirkətini raketlə hədəfə alıblar.
Yəmən qüvvələri Həccə vilayətində Səudiyyə Ərəbistanının bir ədəd uçan pilotsuz aparatını vurublar.
Ərəbistan ABŞ-ın dəstəyi və bəzi ərəb ölkələri ilə birlikdə 2015-ci il mart ayından istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadini iqtidara qaytarmaq bəhanəsi ilə Yəmən əleyhinə hücumlara başlayıb. Bu hücumlar nəticəsində minlərlə uşaq, qadın və kişi həlak olub və yaralanıb və yüz minlərlə nəfər didərgin düşüb.
Həmçinin bu hücumlar nəticəsində Yəmənin təhsil, xidmətlər, müalicə obyektləri, ərzaq anbarları, məktəblər və mənzillərin 80%-i dağılıb.