BMT: Yəmən müharibəsi qurbanlarının sayı 10 min nəfərə çatıb
-
BMT: Yəmən müharibəsi qurbanlarının sayı 10 min nəfərə çatıb
BMT-nin Humanitar məsələlər üzrə kooridnatoru bu gün bildirib: 18 aylıq Yəmən müharibəsi qurbanlarının sayı təxminən 10 min nəfərə çatıb.
Röyters İnformasiya Agentliyinin məlumatına görə, Cimmi Mak Qoldrik Yəmən paytaxtı Sənada keçirilən mətbuat konfransında deyib: Yeni rəqəm Yəməndə səhiyyə qurumları tərəfindən təqdim olunan rəsmi məlumatlara əsaslanır. Öncəki rəqəm 6 min nəfərdən çox elan olunmuşdu.
Onun qənaətincə, qeyd olunan rəqəm hətta 10 min nəfərdən yuxarı ola bilər. Çünki bəzi bölgələrdə səhiyyə qurumları yoxdur və cəsədlər qurbanların ailələri tərəfindən dəfn olunur. Yəmən müharibəsi 2015-ci ilin mart ayından başlanıb. Ərəbistan və müttəfiqləri istefa vermiş prezident Əbd Rəbbə Mənsur Hadi hökumətinə dəstək bəhanəsi ilə Yəmənin müxtəlif bölgələrinə hava hücumlarına başlayıblar. Yəmən əleyhinə koalisiya bu bombardmanlarda hətta xəstəxanalar, yaşayış massivləri və zavodlara rəhm etməyiblər.
Beynəlxalq ictimaiyyət və insan haqları qrupları da Ərəbistanın Yəmənə hücumdakı məqsədləri barəsində xəbərdarlıq edib və bildiriblər ki, hücumlarla əlaqədar faktlara əsasən bu koalisiya Yəmənin zəif iqtisadiyyatını iflic etmək niyyətindədir.