Amerika Suriya kürdlərinə xəyanət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i232361-amerika_suriya_kürdlərinə_xəyanət_edib
Sruiya parlamentinin deputatı deyib: Amerika Suriya kürdlərinə xəyanət etdi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 31, 2016 12:44 Asia/Baku
  • Ömər Usi
    Ömər Usi

Sruiya parlamentinin deputatı deyib: Amerika Suriya kürdlərinə xəyanət etdi.

İRNA-nın verdiyi məlumata görə, suriyalı millət vəkili Ömər Usi bu gün deyib: Suriya kürdləri Amerikaya etimad bəsləməməlidilər, bu etimad onların zərərinə oldu.

Ömər Usi deyib: Xalqı müdafiə dəstələri və Suriya kürdlər əslində Suriya ordusunun səngərlərində duraraq terrorçularla mübarizə aparmalıdırlar. 

Suriyalı millət vəkili Türkiyənin Suriyanın şimal ərazilərinə müdaxiləsi və orada təhlükəsizlik zonası yaratmaqda məqsədinin kürd təhlükəsini cilovlamaq olduğunu deyib. 

Türkiyə hava qüvvələrinin hərbi təyyarələri bu gün də Suriyanın şimalında bəzi bölgələrə qarşı havadan əməliyyatlar həyata keçiriblər.