Türkiyənin daxili işlər naziri istefa etdi
Sen 01, 2016 09:39 Asia/Baku
Türkiyənin daxili işlər naziri Əfkan Ala çərşənbə günü öz vəzifəsindən istefa verib.
Fars xəbər agentliyinin verdiyi məlumata görə, Əfkan Alanın istefa verməsinin ardınca Daxili İşlər Nazirliyinə rəhbərlik əmək və əhalinin sosiyal təminatı naziri Süleyman Soyluya tapşırılıb.
Türkiyə baş nazirinin bildirdiyinə görə, sabiq səhiyyə naziri Məhəmməd Müəzzinoğlu da əmək və əhalinin sosiyal təminatı naziri təyin edilib.
Türkiyənin daxili işlər naziri Əfkan Ala ölkədə terror aktlarının və təhlükəsizliyin təmin edilməsi ilə bağlı nigaranlıqların artmasının ardınca öz vəzifəsindən istefa verib.
Türkiyə baş naziri televiziya vasitəsi ilə yayımlanan qısa bəyanatıda Əfkan Alanın öz vəzifəsindən istefa verməsinin səbəblərinə işarə etməyib.