Ərəbistanın Yəmənə hücumları davam edir
Sen 01, 2016 05:54 Asia/Baku
-
Ərəbistanın Yəmənə hücumları davam edir
Ərəbistan qırıcıları bir daha Yəmənin müxtəlif məntəqələrini bombardman ediblər.
İRİB-nin verdiyi məlumata görə, Ərəbistanın başçılıq etdiyi koalisiya qüvvələri çərşənbə günü SƏna, Həccə, Şəbuh və Sədə əyalətlərinə ağır zərbələr endiriblər. Çoxlu sayda insanın öldüyü və yaralandığı bildirilir.
Dünən gündüz və gecə saatlarında Sədə əyalətinə edilən hava hücumlarında 16 nəfərin öldüyü bildirilir.
Yəmən ordusu və xalq qüvvələri də Ərəbistanın bu cinayətlərinə cavab olaraq, çərşənbə günü Ərəbistanın cənubunda yerləşən Nəcran şəhərinin sənaye zonasına raket zərbələri endiriblər.
Yəmən ordusu və xalq qüvvələri həmçinin, Təizdə Ərəbistan muzdlularının mövqelərini hədəfə alıblar. Bir qrup muzdlunun öldüyü və yaralandığı bildirilir.
Teqlər