Sen 01, 2016 11:48 Asia/Baku
  • Hələbdə yeni məntəqələr azad edildi
    Hələbdə yeni məntəqələr azad edildi

Suriya ordusu və müttəfiq qüvvələr Hələbin cənubunda bir sıra məntəqəni İŞİD-in işğalından azad ediblər.

Əl-Aləm kanalının verdiyi məlumata görə, Suriya ordusu silahlı qruplaşma üzvlərini Cəmiat təpəsi və Əmmarə kəndindən çıxartmağa nail olub. Silahlı qruplaşma üzvləri bu iki məntəqədə ağır tələfat veriblər. 

Suriya ordusu və müttəfiq qüvvələr həmçinin, ağır artilleriya ilə Hələbin qərb hissəsində silahlıların mövqelərini hədəfə alıblar. 

Ərsal təpələri və Şərqi Ğutədə də terrorçuların mövqelərinə zərbələr endirilib.

Teqlər