Suriya müdafiə naziri: Terrorçular öz məqsədlərini reallaşdıra bilmədilər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233024-suriya_müdafiə_naziri_terrorçular_öz_məqsədlərini_reallaşdıra_bilmədilər
Suriya müdafiə naziri terrorçu qruplaşmaların indiyə qədər öz məqsədlərini reallaşdıra bilmədiklərini deyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2016 04:53 Asia/Baku
  • Fəhəd Casim əl-Fəric
    Fəhəd Casim əl-Fəric

Suriya müdafiə naziri terrorçu qruplaşmaların indiyə qədər öz məqsədlərini reallaşdıra bilmədiklərini deyib.

SANA-nın məlumatına görə, Suriya prezidenti Bəşşar Əsədin tapşırığı ilə Həmanın şimal ətrafında yerləşən silahlı qüvvələrə baş çəkən müdafiə naziri Fəhəd Casim əl-Fəric əlavə edib: Suriyanın müxtəlif bölgələrində terror aktlarının artması hamilərinin məqsədlərini reallaşdırmağa çalışan terror qruplaşmalarının məğlubiyyətini göstərir. 

Casim əl-Fəric bildirib: Suriya ordusu və qüvvələrinin səyi ilə terrorizmə dəstək üzrə bütün planlar məğlubiyyətlə üzləşib. 

Suriyadan əldə olunan digər məlumata görə, bu ölkədə terrorizm əleyhinə savaşda müxalif qrupların nəzarətinə keçən Hələbin üç hərbi institutu yenidən Suriya ordusnun nəzarətindədir. 

Hələb şəhərinin bir sıra bölgələrinə nəzarət ötən dörd ildə dövlət qüvvələri və əcnəbi ölkələrin dəstəklədiyi terror qruplaşmaları arasında bir-birinin əlinə keçib.