İslam dünyası səudiyyə və sionist rejimlərinin anlaşmasına reaksiya verib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233228-İslam_dünyası_səudiyyə_və_sionist_rejimlərinin_anlaşmasına_reaksiya_verib
Ərəbistanın hacıların təhlükəsizliyinin təmin olunması üzrə bir İsrail rejimi şirkəti ilə müqavilə bağlaması islam dünyasının reaksiyasına səbəb olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 05, 2016 12:23 Asia/Baku
  • İslam dünyası səudiyyə və sionist rejimlərinin anlaşmasına reaksiya verib
    İslam dünyası səudiyyə və sionist rejimlərinin anlaşmasına reaksiya verib

Ərəbistanın hacıların təhlükəsizliyinin təmin olunması üzrə bir İsrail rejimi şirkəti ilə müqavilə bağlaması islam dünyasının reaksiyasına səbəb olub.

Qüdsəna İnformasiya Agentliyinin məlumatına görə, Əl-Əqsa məscidinin xətibi Şeyx Əkrəmə Səbri İsrailin "G4S" şirkətinin ərəb və islam cəmiyyətlərinə daxil olması barəsində xəbərdarlıq edərək bildirib ki, bu şirkətin hacılarla əlaqədar təhlükəsizlik və informasiya fəaliyyəti göstərməyə icazəsi yoxdur.

Əl-Əqsa məscidinin xətibi səudiyyə və sionist rejimlərinin müqaviləsini ərəb və islam cəmiyyətlərində nüfuz məqsədi adlandırıb və deyib: Hacılara xidmət üçün bir İsrail şirkətindən istifadə haramdır.

Ərəbistan hacıların təhlükəsizliyini təmin etmək və onların əməllərinə nəzarət tətbiq etmək üçün Həcc mövsümündə elektron qandallardan istifadə olunması istiqamətində İsrailin G4S şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Qeyd edək ki, G4S şirkəti İsrail həbsxanalarını mühafizə edir və sionist rejimə işgəncə vasitələri verir.

Bu şirkətin həmçinin fələstnli əsirlərə qarşı genişmiyqaslı hərəkətlərdə əli var.

Ər-Riyad iyul ayının əvvəllərində bildirib ki, Allah Evinin zəvvarları builki həcc mövsümündə GPS-lə təchiz olunacaqlar və ötən ilki Mina hadisəsinə baənzə hadisənin qarşısını almaq üçün onların şəxsi və tibbi məlumatları həmin vasitədə yerləşdiriləcək.

Ali-Səud yetkililərinin yetərsizliyi nəticəsində 2015-ci il 24 sentyabrda Mina faciəsində minlərlə zəvvar dünyasını dəyişdi.