Sen 06, 2016 20:14 Asia/Baku
  • Rəcəb Təyyib Ərdoğan
    Rəcəb Təyyib Ərdoğan

Türkiyə prezidenti Rusiya və Amerikanın birgə səyləri çərçivəsində Suriyanın şimalında təhlükəsiz zonanın yaradılmasını istəyib.

İRNA-nın verdiyi məlumata görə, Rəcəb Tayyip Ərdoğan dünən Suriyanın şimalında, Türkiyə sərhədlərindən 45 kilometrlik məsafədə 95 kilometrlik istiqamətdə yerləşən ərazilərin İŞİD terrorçularından təmizləndiyini iddia edərək deyib: Moskva və Vaşinqton arasında təhlükəsizlik əməkdaşlıqları çərçivəsində bu əraziləri suriyalı didərginlərin məskunlaşdırılması üçün hazırlamaq olar. 

Ərdoğan həmçinin Türkiyə ordusunun Suriyanın şimalındakı əməliyyatlarının Suriyanın suverinliyinə qarşı addım olmadığını, rəsmi Ankaranın İŞİD və terrorçuların hücumlarını zərərsizləşdirmək üçün Suriya ərazilərinə daxil olduğunu iddia edib. 

Türkiyə prezidenti terrorizm ilə effektli və intensiv mübarizənin əsas şərtinin regional böhranların həlli üçün ayrı-seçkilik qoyulmadan ölkələrin hərtərəfli əməkdaşlığından ibarət olduğunu bildirib. 

Rəcəb Tayyıp Ərdoğan öncə də rəsmi Ankaranın Suriyanın şimalında təhlükəsizlik zonasının yaradılması üçün beynəlxalq güclərin dəstəyini təmin etmək uğrunda səylər həyata keçirdiyini demişdi.

Türkiyə ordusunun tankları "Fərat sipəri" adlı əməliyyat çərçivəsində avqustun 24-dən Suriyanın Hələb vilayətində yerləşən Carablus bölgəsinə daxil olmuşdur. 

Suriya dövləti Türkiyə tanklarının bu ölkə ərazisinə yeridilməsini Suriyanın suverinliyinin pozulması adlandırıb. 

Teqlər