Suriya ordusu Hələbin ətrafında terrorçuların mövqelərinə ağır zərbələr endirdi
-
Suriya ordusu Hələbin ətrafında terrorçuların mövqelərinə ağır zərbələr endirdi
Suriya ordusu Hələbin şərq, cənub və şimal hissəsində terrorçuların mövqelərinə ağır zərbələr endirib.
Suriyanın Ələxbariyə telekanalının verdiyi məlumata görə, Suriya ordusu hava qüvvələrinin dəstəyi altında Hələbin şərq, cənub və şimal hissəsində terrorçulara ağır zərbələr endirib. Hərbi mənbələr bildirirlər ki, Suriya hava qüvvələri Xan Tuman və Məratə qəsəbələrini bombalayıblar. Bu hücumlarda çoxlu sayda hərbi texnikanın məhv edildiyi bildirilir. Həmçinin, bir qrup terrorçunun öldüyü deyilir.
Kəfər Həmra və Hərita qəsəbələrində də terrorçuların mövqelərinə havadan zərbələr endirilib. Terrorçuların silah anbarı və bir neçə hərbi texnikasının məhv edildiyi bildirilir.
Suriya qırıcıları həmçinin Ramusə istiqamətində terrorçuların mövqelərinə ağır zərbələr endirblər.