Ərəbistan qırıcıları Yəməndə uşaqları bombaladı
-
Ərəbistan qırıcıları Yəməndə uşaqları bombaladı
Ərəbistan qırıcılarının Yəmənin müxtəlif məntəqələrinə olan hücumlarında bir qrup uşaq ölüb və yaralanıb.
Əl-Aləm kanalının verdiyi məlumata görə, Ərəbistan qırıcılarının Yəmənin Səna əyalətində bir kənd məktəbini bombardman etməsi nəticəsində 2 uşaq ölüb, bir neçə nəfər də yaralanıb.
Ərəbistan qırıcılarının Yəməndə sivil insanları və yaşayış məntəqələrini hədəfə alması döyüş meydanında Yəmən ordusu qarşısındakı məğlubiyyətini ört-basdır etmək üçün təcavüzkar düşmənin yeganə çıxış yolu sayılır. Ərəbistan qırıcılarının Səna əyalətində, Şənbə bazar adlı məntəqədə bir məktəbi bombardman etməsi 2 uşağın ölməsi və bir qrup uşağın yaralanmasına səbəb olub. Həmçinin, məktəb binasında ciddi dağıntılar törədib.
Bir yəmənli bu barədə deyir: Bu məktəbi 8 raket ilə hədəfə aldılar. İki uşaq öldü, bir neçəsi də yaralandı.
Ərəbistan bu məktəb və ətrafda yerləşən binaları dağıtmaqla kifayətlənməyərək, evləri dağıdıldıqdan sonra məntəqəni tərk etməyə çalışan sivilləri də hədəfə alıb. Ərəbistan qırıcıları paytaxtın cənubunda yerləşən Nəhdin məntəqəsini də gecə bombardmanına məruz qoyub.
Ərəbistan qırıcıları həmçinin, Səbin məntəqəsində bir yaşayış binası və bir əkin sahəsini hədəfə alıblar. Bu hadisədə bir nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilir.
Sədə əyalətində, Baqəm məntəqəsinə edilən hava hücumlarının nəticəsiisə bir ölü, 14 yaralı olub.
Ərəbistan qırıcıları həmçinin Kəhlan hərbi bazasını və Sədə əyalətində yerləşən Əl-Həzbə məntəqəsini də bombalayıblar.
Yəmən ordusu və xalq komitələri də Nəcran əyalətində yerləşən Eynül Suvəreyn bazasında Ərəbistan hərbçilərini hədəfə alıblar.
Yəmən ordusu və xalq komitələrinin ağır artilleriyası isə Cəvf əyalətində strateji əhəmiyyətli Əlğil məntəqəsini hədəfə alıblar. Yəmənli qüvvələr bu məntəqəni Ərəbistan muzdluları ilə ağır döyüşlərin ardınca azad ediblər.