Türkiyə vətəndaşları AB-yə qoşulmaq prosesinə son qoyulmasını istəyir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233654-türkiyə_vətəndaşları_ab_yə_qoşulmaq_prosesinə_son_qoyulmasını_istəyir
Türkiyə xarici işlər naziri deyib: Türkiyə vətəndaşları hökumətə Avropa Birliyinə qoşulmağa dair müzakirələrə son qoymaq üçün təzyiq göstərir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2016 10:21 Asia/Baku
  • Mövlud Çavuşoğlu
    Mövlud Çavuşoğlu

Türkiyə xarici işlər naziri deyib: Türkiyə vətəndaşları hökumətə Avropa Birliyinə qoşulmağa dair müzakirələrə son qoymaq üçün təzyiq göstərir.

Mövlud Çavuşoğlu Sloveniyada regional təhlükəsizlik iclasının kənarında deyib: Türkiyə vətəndaşları bu ölkədə uğursuz çevrilişdən sonra Avropa Birliyi tərəfindən ikili standartların tətbiq olunduğuna görə, qorxuya düşüblər.

O əlavə edib: Türkiyə vətəndaşları ikili standartların şahididir. Biz Avropa Birliyinə qoşulmağa dair prosesə son qoymaq üçün güclü təzyiq altındayıq.

Çavuşoğlu deyib: Avropa Birliyi öz qonşularını tənqid edir. Lakin özünə qarşı olan tənqidləri qəbul etmir.

O əlavə edib: Türkiyə vətəndaşları 15 iyul uğursuz çevrilişindən sonra Avropa Birliyinin Türkiyəni dəstəkləməməsindən çox məyus olublar.