Ərəbistan xarici işlər naziri Türkiyənin Suriyadakı hərbi əməliyyatını dəstəkləyib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233666-Ərəbistan_xarici_işlər_naziri_türkiyənin_suriyadakı_hərbi_əməliyyatını_dəstəkləyib
Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib: Türkiyənin Suriyadakı səylərini alqışlayırıq. Ərəbistan və Türkiyə arasında əməkdaşlıq çox güclüdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2016 13:13 Asia/Baku
  • Adil əl-Cübeyr
    Adil əl-Cübeyr

Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl-Cübeyr türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirdiyi birgə mətbuat konfransında deyib: Türkiyənin Suriyadakı səylərini alqışlayırıq. Ərəbistan və Türkiyə arasında əməkdaşlıq çox güclüdür.

Əl-Cəzirə televiziyasının məlumatına görə, Səudiyyə Ərəbistanı xarici işlər naziri deyib: Biz Suriya, İraq, Yəmənin vəziyyəti və terrorizmlə mübarizə barəsində ümumi danışıqlar apardıq. Biz kral Salman Bin Əbdüləzizin təşkil etdiyi iki ölkə arasında strateji şuranın iclasının keçirilməsini istəyirik. Regionun bütün məsələləri barəsində Türkiyə ilə tam müştərək baxışlara malikik.