Ali-Səuda reaksiyalar davam edir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i233678-ali_səuda_reaksiyalar_davam_edir
Ali-Səudun dünya müsəlmanları qarşısındakı təxribatçılığı, Həcc mərasimindəki yanlış idarəçiliyi, xüsusilə iranlı müsəlmanların Həcc mərasimini yerinə yetirməsinə maneəçiliyi islam ölkələrinin rəsmiləri, alimləri və ziyalılarının reaksiyasına səbəb olub. Şiə və sünni alimləri islam ölkələrini bu qeyri-qanuni davranışlar qarşısında birləşməyə çağırıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 08, 2016 13:58 Asia/Baku
  • Ali-Səuda reaksiyalar davam edir
    Ali-Səuda reaksiyalar davam edir

Ali-Səudun dünya müsəlmanları qarşısındakı təxribatçılığı, Həcc mərasimindəki yanlış idarəçiliyi, xüsusilə iranlı müsəlmanların Həcc mərasimini yerinə yetirməsinə maneəçiliyi islam ölkələrinin rəsmiləri, alimləri və ziyalılarının reaksiyasına səbəb olub. Şiə və sünni alimləri islam ölkələrini bu qeyri-qanuni davranışlar qarşısında birləşməyə çağırıblar.

Livanın sünni alimlərindən Şeyx Süheyb Həbli deyib: Vəhy diyarına hakim rejimin Həccin məsələlərini idarə etməyə ləyaqəti çatmır. Mina faciəsindən bir il sonra bütün müsəlmanlara sübut oldu ki, Ali-Səud müsəlmanlar, müqəddəslər və islam amallarına heç bir hörmət bəsləmir.Yəmən Alimlər Birliyinin üzvü Şeyx Məhəmməd Başiq bildirib: Yəmən alimləri Ali-Səudun Ərəbistanın müqəddəs məkanlarının idarəçiliyindən kənarlaşmasını istəyirlər. Çünki onlar, hətta özlərinin idarəçiliyini də edə bilmirlər. Bəs Məkkə və Mədinə müqəddəs məkanlarının idarəsini necə edə bilərlər?   Hindistanın dini alimi Doktor Həsən Kümeyli isə söyləyib: Həcc önəmli vacib əməldir ki, tələb olunan hər bir müsəlmana Allah tərəfindən vacib edilib. Bu hər bir müsəlmanın şəri haqqıdır. Və heç bir fərd və yaxud dövlət müsəlmanları bu haqdan məhrum edə bilməz.Təəccübləndirici haldır ki, nə üçün beynəlxalq dairələr Səudiyyə Ərəbistanının bu qərarı qarşısında mövqe sərgiləmirlər?Suriyanın vəqflər naziri Məhəmməd Əbdülsətar əl-Seyyidin sözlərinə görə, Ali-Səudun vəhhabi dövləti Suriya vətəndaşlarını 5-ci il ardıcıl olaraq Həcc mərasimini yerinə yetirməkdən məhrum edir. Və bu məsələ Quran Kərimdə Allah kəlamının əksinədir, buyurur ki, ən böyük zülm insanların məscidə daxil olmasının qarşısının alınmasıdır. Bunlar müqəddəs məkanların viran edilməsi və vətəndaşlara zülm etməkdən heç çəkinmirlər.Pakistan sünni alimi Əllamə Heydər Ələvi deyib: Bu günlər biz Səudiyyə Ərəbistanı tərəfindən iranlı hacılara qarşı sərt hərəkətlərin şahidiyik. Ərəbistan dövləti bu şəraiti iranlılara Həccin çətinləşdirilməsi və qarşısının alınması üçün yaratmışdır. Bunun özü qəbuledilməz bir hərəkətdir. İslam ölkəsinin müsəlmanlarının vacib Həcc əməllərini yerinə yetirməsinin qarşısını almaq əsaslandırılmayacaq bir hərəkət hesab olunur. Belə ki, nə islam aspektindən, nə də diplomatik aspektdən heç bir yeri yoxdur.İraq Sünni Alimlər Birliyinin sədri Şeyx Xalid Əlta deyib: Qənaətimizcə, həcc mərasiminin idarə olunmasında, İndoneziya, Türkiyə və İran kimi böyük islam ölkələri rola malik olmalıdırlar. Və Ərəbistan da islam məzhəbləri və xalqları ilə ikili davranmamalıdır.