Sen 10, 2016 10:39 Asia/Baku
  • Suriya ordusu Hələbdə Sadkub məntəqəsinə doğru irəliləyib
    Suriya ordusu Hələbdə Sadkub məntəqəsinə doğru irəliləyib

Suriya ordusu qüvvələri Hələbin Sadkub bölgəsinə doğru irəliləyirlər.

Əl-Məyadin televiziyasının Hələbin cənubunda Ər-Ramusə məntəqəsində müxbiri bildirib: Bu bölgədə xarabazarlıqlar Ər-Ramusə və Hələbin cənub-qərb istiqamətində ağır döyüşlərin getdiyini göstərir. Ər-Ramusə şose yolunun sivillərin üzünə açılması onlara Suriyanın mərkəzi bölgələri və Dəməşqə doğru hərəkət etmələrinə şərait yaradır.

Suriya ordusu öz mövqelərini gücləndirdikdən sonra, kimyəvi azot zavodu, Sadkub və əl-Amiriyyə bölgələrinə doğru irəliləməyə çalışır. Əgər Suriya ordusu bu bölgələrə nəzarəti ələ keçirə bilərsə, Ər-Ramusə şose yolunda sivillərin keçidi üçün tam təhlükəsizlik bərqərar olunacaq.

Suriya ordusunun komandanlarından biri deyib: Terrorçular şose yollarda və prospektlərdə çoxlu bombalar və minalar quraşdırıblar. Suriya ordusu qüvvələri bu bombaları tam şəkildə məhv etməkdədir. 

Bu bölgələrdə silahlı qruplaşmaların hücumu nəticəsində çoxlu sexlər məhv olub. Suriya ordusu hal-hazırda Sadkub və əl-Amiriyyə məhəlləsinə yaxın bölgələrə doğru irəliləməkdədir.

Teqlər