Sen 10, 2016 12:40 Asia/Baku
  • İslam ölkələri həcc mərasiminin idarisini öz əllərinə alsınlar
    İslam ölkələri həcc mərasiminin idarisini öz əllərinə alsınlar

Ərəb siyasi eksperti deyib: İslam ölkələri həcc mərasiminin idarəsini öz əllərinə almalıdırlar.

Nəsib Hətit əl-Aləm telekanalına verdiyi müsahibədə İslam İnqilabı Böyük Rəhbərinin islam ölkələri hacılarına müraciətinin əhəmiyyəti barəsində deyib: Şübhəsiz bu müraciət İran və Səudiyyə Ərəbistanı əlaqələrində dönüş nöqtəsidir. Belə ki, artıq islam vəhdəti şüarı məsələsi və səudiyyə rejimi ilə təklif məsələsi deyildir. İran rəsmiləri açıq-aşkar şəkildə bu rejim barədə öz mövqelərini bəyan edirlər. Bundan başqa çarə yox idi ki, İnqilab Rəhbəri mövcud həqiqətlərə əsasən reallıqla davransın. İran tarixində ilk dəfədir ki, səudiyyəlilər iranlı zəvvarların həcc mərasimində iştirak etməsinə mane olurlar. Hal-hazırda bu sual irəli sürülür ki, nə üçün Ayətullah Xamenei islam vəhdətinə əsaslanan inqilabın ritorikasından çıxmışdır? Görünür bu mövqe Qroznı konfransından sonra əldə olunub. Belə ki, bu konfransda vəhhabilik sərt şəkildə tənqid edilib.
Bu konfransda vurğulanıb ki, vəhhabilik islam məzhəblərindən deyildir. İranlılar bu konfransdan öncə Ali-Səud rejimi əleyhinə istənilən çıxışın sünni müsəlmanları narahat edəcəyini hiss edirdilər. İslam Respublikası həmişə islam birliyinin qorunması və məzhəb fitnəsinin qarşısının alınmasını vurğulayır. Lakin Qroznı konfransında vəhhabilik pislənildi və vurğulandı ki, vəhhabilik islamdan deyildir. Bu konfransın müraciəti budur ki, vəhhabiliyə hücum etmək sünni müsəlmanlara hücum etmək mənasında deyildir.

Teqlər