Sen 10, 2016 14:18 Asia/Baku
  • İraqın qərbində onlarla terrorçu öldürülüb
    İraqın qərbində onlarla terrorçu öldürülüb

İraq ordusu və xalq qüvvələrinin ölkənin qərbində keçirdiyi əməliyyatda bir qrup təkfirçi terrorçu öldürülüb.

Əl-İraqiyyə telekanalının məlumatına görə, İraq ordusu Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələrinin əl-Anbar vilayətinin qərbində İŞİD terrorçularının mövqelərinə hücumunda 100-dən çox terrorçu öldürülüb.

Məlumata görə, İŞİD terrorçuları Mosulun azad olunması əməliyyatının başlanması ərəfəsində qorxu və dəhşət içindədirlər.

İraq ordusu və könüllü səfərbər qüvvələr Mosul şəhərinin yaxınlığında əl-Qəyarə məntəqəsində yerləşiblər.

İraq ordusunun əl-Anbar vilayətinin mərkəzi olan Ər-Rəmadi şəhərinin şimalına hava hücumlarında da azı 9 terrorçu öldürülüb.

Teqlər