Bəzi islam ölkələrinin zəvvarları olmayan Həcc mərasimi
Builki Həcc mərasimi bəzi islam ölkələrinin hacıları olmadan başlanıb.
İRNA-nın məlumatına görə, builki həcc əməlləri şənbə günü, zilhəccənin 8-də, əl-Tərviyə günündə Allah Evi zəvvarlarının Məkkə şəhərindən çıxması və Ərəfat səhrasına doğru hərəkəti elə bir halda başlanır ki, bəzi islam ölkələri, o cümlədən İran, Yəmən və Suriya hacıları bu mərasimdə iştirak etmirlər.
Ərəbistan mediaları bildiriblər ki, bir milyon 500 min zəvvar Məkkə şəhərini tərk edib və Ərəfat səhrasına yollanıb. Halbuki bəzi xəbər mənbələri ötən illə müqayisədə hacıların sayının azaldığını bildirirlər.
Vacib həcc əməlləri bu gün bəzi islam ölkələri, o cümlədən İrandan zəvvarların olmaması ilə elə bir halda başlanıb ki, islam dünyası ötən ilki həcc mərasimindəki faciəni unutmayıb.
Minlərlə zəvvar, o cümlədən 464 iranlı zəvvar ötən il Qurban bayramı günündə Həcc mərasimini yerinə yetirərkən Ali-Səud rejimi məmurlarının səriştəsizliyi nəticəsində dünyasını dəyişdi.