Mosul əməliyyatına hazırlıq
-
Mosul əməliyyatına hazırlıq
İraqşı qüvvələr Mosulun azad edilməsi əməliyyatına hazırlıqları davam etdirirlər.
Əl-Aləm kanalının məlumatına görə, Mosulun cənubunda Əlqəyarə və şimalında Əlşərqat məntəqələrinin azad edilməsinin ardınca, İŞİD-in İraqdakı son bazası olan Mosul şəhərinin terrorçulardan azad edilməsi üçün bütün iraqlı qüvvələr hazırlıq işlərini sürətləndiriblər.
Neynəva əməliyyat komandanı müavini general-mayor Kərim Şəvili bu barədə deyir: Biz hazırda Neynəva əyalətini İŞİD-in işğalından azad edilməsi əməliyyatında iştiraka hazırlaşan hərbi bölmələrə baxış keçiririk. Biz tezliklə Neynəvaya yola düşəcəyik.
İraqın müştərək hərbi birləşmələri və könüllü xalq qüvvələri Mosulun azad edilməsi əməliyyatında iştirak edəcək əsas qüvvələrdirlər. Bu əməliyyat qarşıdan gələn günlər ərzində dəqiq plan əsasında həyata keçiriləcək. İraqlı qüvvələri ruh yüksəkliyi də son dərəcə yaxşıdır. Terrorçular isə məyus və ümidsiz durumdadırlar.
15-ci batalyonun komandanı ordu generalı İmad Silavi də deyir: Bizim qüvvələrimiz istənilən əməliyyatda iştirak üçün tam hazırlığa malikdirlər. Və İnşallah, müştərək əməliyyat komandanlığı tərəfindən bizə elan ediləcək plan əsasında hərəkət edəcəyik.
Əl-Aləmin müxbiri isə deyir: Mosulun azad edilməsi əməliyyatı İraqın terrorçulardan təmizlənməsi əməliyyatının yekun və son mərhələsi sayılır. İŞİD-in bir çox üzvləri artıq Mosulu tərk edərək, Suriyaya qaçıblar. Onlar, Mosul əhalisinin özlərinə qarşı qiyam edəcəklərindən nigarandırlar.